ABŞ Dövlət Departamentindən terror - Xəbərdarlığı

abs-dovlet-departamentinden-terror
Oxunma sayı: 1089

ABŞ Dövlət Departamenti bu yay Avropaya səyahət edəcək vətəndaşlara terror təhlükəsi ilə bağlı xəbərdarlıq edib.

Qafqazinfo”nun Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, xəbərdalıqda bildirilir ki, İŞİD təşkilatı insanların toplaşdığı ictimai yerlərdə terror aktları törədə bilər.

“Bu, əsasən Fransada keçiriləcək Avropa Çempionatı (10 iyun -10 iyul) və Polşanın Krakov şəhərində keçiriləcək Ümumdünya Gənclər Günündə (26- 31 iyul) baş verə bilər”, - bəyanatda vurğulanıb.

Qeyd edək ki, Ümumdünya Gənclər Günü ilə bağlı təşkil olunacaq tədbirlərdə  2, 5 milyon insanın iştirakı gözlənilir.