ABŞ Dövlət Departamentindən Putinin qərarına - Münasibət

abs-dovlet-departamentinden-putinin-qerarina
Oxunma sayı: 3128

ABŞ Dövlət Departamenti Rusiya prezidenti Vladimir Putinin rəsmi Vaşinqtonun addımlarına cavab olaraq diplomatları ölkədən göndərməyəcəyinə dair qərarına münasibət bildirib.

Qafqazinfo” “Ria Novosti”yə istinadən xəbər verir ki, Dövlət Departamentinin rəsmi nümayəndəsi “Biz prezident Putinin bəyanatı ilə tanış olmuşuq. Buna əlavə edəcəyimiz hər hansı şərh yoxdur” deyə bildirib.

Qeyd edək ki, ABŞ hökuməti 35 rus diplomatın ölkədən göndərilməsi barədə qərar qəbul edib.