ABŞ-dan Venesuela vitse-prezidentinə qarşı sanksiya

abs-dan-venesuela-vitse-prezidentine-qarsi-sanksiya
Oxunma sayı: 671

ABŞ hökuməti Venesuela vitse-prezidenti Tarek El-Ayssaminin adını sanksiya siyahısına daxil edib.

Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb.

O, narkotiklərin yayılması ilə əlaqali olduğu üçün sanksiya siyahısına daxil edilib. Vitse-prezidentdən başqa daha bir Venesuela vətəndaşının adı siyahıya salınıb.

ABŞ administrasiyasının yüksək vəzifəli məmurunun sözlərinə görə, sanksiya Venesuelaya nə siyasi, nə iqtisadi, nə də diplomatik siqnal deyil. Bu sadəcə qanunsuz narkotik dövriyyəsi ilə mübarizədir.