ABŞ-dan Şimali Koreyaya qarşı yeni - Sanksiyalar

abs-dan-simali-koreyaya-qarsi-yeni-
Oxunma sayı: 893

Rəsmi Vaşinqton Pxenyanda keçirilmiş nüvə sınağı tədbirində iştirak edən Şimali Koreyanın 7 vətəndaşı və 16 şirkətinə qarşı sanksiyalar tətbiq edib.

Qafqazinfo” “Reuters”ə istinadən xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyindən bildirilib.

Qeyd olunur ki, Şimali Koreyanın atom energetika nazirliyinin də əməkdaşları daxil olmaqla bir neçə məmur, eləcə hakim Koreya Əmək Partiyasının bəzi üzvləri nazirliyin qara siyahısına daxil edilib.

Sanksiyalar “Air Koryo” aviaşirkətinə, ölkənin 6 maliyyə şirkəti və təşkilatlarına da şamil olunub.