ABŞ-dan İrana qarşı məxfi əməliyyatlar çağırışı

abs-dan-irana-qarsi-mexfi-emeliyyatlar-cagirisi
Oxunma sayı: 672

“İranın Amerika torpağında terrorçu əməliyyatları” adını almış tədbirə bir sıra ekspertlər, o cümlədən keçmiş hərbçi və xüsusi xidmət orqanlarının nümayəndələri dəvət olunub.
“Düşünmürəm ki, kimisə güllələməsək, bu insanları real şəkildə qorxutmaq, diqqətlərini cəlb etmək olar” – deyə, Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) keçmiş əməkdaşı Ryüel Mark Gerekt dinləmələrdə bildirib.
“İslam inqilabı keşikçiləri korpusunun (Sepah) bu əməliyyata aidiyyatı olduğunu hesab ediriksə, o zaman Həsam Süleymanini (“əl-Qüds” xüsusi xidmət orqanının rəhbəri) məsuliyyətə cəlb etmək lazımdır – deyə, Gerekt bildirib. – O çox səyahət edir. Ya onu ələ keçirməyə, ya da məhv etməyə cəhd göstərmək lazımdır”.
“Nə üçün biz 30 ildən artıq bir müddətdir ki vətəndaşlarımızın qətlini təşkil edən “əl-Qüds” liderlərinə bunu davam etdirməyə imkan veririk? – ehtiyatda olan general Keyn sual verib. – Bu halda nə üçün biz onları öldürmürük? Biz ki, Birləşmiş Ştatlara qarşı terror təşkilatlarına rəhbərlik edənləri məhv edirik”.

Gün.az