ABŞ-dan daha bir açıqlama - “Dəstəkləmirik...”

abs-dan-daha-bir-aciqlama
Oxunma sayı: 2027

ABŞ prezidenti Barak Obamanın İŞİD ilə mübarizə üzrə xüsusi nümayəndəsi Brett Makqrek Türkiyənin Cerablus əməliyyatını qiymətləndirib.

Qafqazinfo” Türkiyə KİV-ə istinadən xəbər verir ki, ABŞ nümayəndəsi bu barədə tvitter hesabında yazıb. Brett Makqrek Cerablusda baş verənləri yaxından izlədiklərini deyib. O, “İŞİD-in olmadığı bölgələrdə münaqişələr qəbul edilməzdir və bu dərin narahatlıq doğurur. ABŞ-ın bu münaqişələrlə əlaqəsi yoxdur və onlar ABŞ qüvvələri ilə koordinasiyalı deyil. Biz onları dəstəkləmirik. Beləliklə, meydançada olan bütün silahlı aktyorlardan hücum mövqeyindən çıxmaları üçün çağırış edirik”,- deyə qeyd edib.

Aysel Kərimova