ABŞ-da yahudi mərkəzlərində bomba həyəcanı

abs-da-yahudi-merkezlerinde-bomba-heyecani
Oxunma sayı: 654

ABŞ-ın 17 ştatında 28 yahudi mədəniyyət mərkəzlərində bomba olduğu ilə bağlı həyəcan siqnalı daxil olub.

Qafqazinfo” xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Məlumata görə binalarda olan insanlar təxliyyə olunub. Ancaq axtarışlar nəticəsində partlayıcı maddə aşkar olunmayıb.

Xatırladaq ki, yanvarın əvvəllərində də təhlükəsizlik qüvvələrinə bu cür həyəcan siqnalı daxil olub. Həmin vaxtda insanlar təxliyyə olunsa da, bomba aşkarlanmamışdı.