ABŞ-da təyyarə qəzası - Ölənlər var

abs-da-teyyare-qezasi-
Oxunma sayı: 1797

ABŞ-ın Vaşinqton ştatında yüngülmotorlu təyyarə qəzaya uğrayıb.

Qafqazinfo” xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb.

Hadisə nəticəsində Cessna təyyarəsinin göyərtəsində olan 4 nəfər həlak olub.

Məlumata görə, pilotla əlaqə cümə axşamı itib. Təyyarənin qalıqlarını isə xilasedicilər bir neçə saat öncə tapa biliblər.

Qəzanın səbəbləri araşdırılır.