ABŞ-da təlim təyyarəsi qəzaya uğradı - Ölən var

abs-da-telim-teyyaresi-qezaya-ugradi
Oxunma sayı: 646

ABŞ-ın Konnektikut ştatında yay məktəbinə məxsus təlim təyyarəsi qəzaya uğrayıb.

Qafqazinfo” xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb.

“Piper PA 38” markalı təkmühərriklik təyyarənin qəzaya düşməsi nəticəsində 1 nəfər ölüb, 1 nəfər isə yaralanıb.

Hazırda hadisənin baş vermə səbəbləri araşdırılır.