ABŞ-da qasırğa 4 nəfərin ölümünə səbəb olub - Video

abs-da-qasirga-4-neferin-olumune-sebeb-olub
Oxunma sayı: 979

ABŞ-ın Kaliforniya ştatında baş verən qasırğa nəticəsində 4 nəfər ölüb.

Qafqazinfo” xəbər verir ki, bu barədə “ABC News” məlumat yayıb.

Qasırğa nəticəsində ştatın bir çox yolları su altında qalıb. Güclü külək ağacları kökündən çıxarıb, eletrik xəttlərini yararsız hala salıb. Küləyin sürət saatda 110 km-ə çatıb.

Milli metereoliji xidmətin verdiyi məlumata görə, bu Kaliforniya ştatında baş verən son 6 ildə ən güclü qasırğadır.

Qeyd edək ki, artıq ştatın su altında qalma ehtimalı olan bölgələrindəki insanlar təxliyyə olunur.