ABŞ-ın Ohayo ştatında polis 13 yaşlı oğlanı güllələyib.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, yeniyetmə Tayri Kinq xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.
Polislər yoldan keçənlərə silahlı hücum edən 3 gənclə bağlı gələn zəngdən sonra hadisə yerinə gediblər. Zərərçəkənin sözlərinə görə, gənclərdən ibarət qrup ondan pul tələb edib, onlardan biri isə tapança ilə hədə -qorxu gəlib.
Polis hadisə şahidlərinin bəhs etdikləri 3 şübhəlini tapsa da, onlardan 2-si qaçıb. Digəri isə belindən tapançanı çıxarmaq istəyəndə polis tərəfindən güllələnib. Lakin yaralı Kinqin silahının oyuncaq olduğu məlum olub.
Son xəbərlər
Son Xəbərlər