ABŞ-da gecə klubunda atışma

abs-da-gece-klubunda-atisma
Oxunma sayı: 694

ABŞ-da gecə klublarından birində atışma olub.

Qafqazinfo” xəbər verir ki, hadisə Florida ştatında baş verib. Atışma nəticəsində 17 nəfər yaralanıb. Yerli medianın yaydığı məlumata görə, 2 nəfər dünyasını dəyişib. Yaralılardan biri-Timoti Sittls feysbuk vasitəsilə xəstəxanadan canlı yayım edib. O, yaralı olduğunu və ölmək istəmədiyini deyib.

Hadisənin baş vermə səbəbləri hələlik məlum deyil.

Aysel Kərimova