ABŞ-da dəhşətli qəza - 13 ölü, 31 yaralı

abs-da-dehsetli-qeza
Oxunma sayı: 1205

ABŞ-ın Kaliforniya ştatının Palm-Sprinqs şəhərində avtobusla yük avtomobili toqquşub.

Qafqazinfo”nun “Tass.ru”ya istinadən verdiyi məlumata görə, ağır yol qəzası nəticəsində 13 nəfər ölüb, 31 nəfər xəsarət alıb.

Hadisə yerinə polis, təcili tibbi yardım avtomobilləri və yanğınsöndürənlər cəlb olunub.