ABŞ-da daha bir istefa - 29 il sonra

abs-da-daha-bir-istefa
Oxunma sayı: 1550

ABŞ Gizli Xidmətinin direktoru Cozef Klensi martın 4-də istefaya gedəcək.

Qafqazinfo”nun “Tass.ru”ya istinadən verdiyi məlumata görə, bu barədə departamentin Tvitter mikrobloqundakı rəsmi səhifəsində yerləşdirilmiş qısa bəyanatda bildirilib.

“Direktor Klensi, sizi istefa verməyiniz münasibətilə təbrik edirik. Gizli Xidmətin qadın və kişi işçiləri sizə 29 illik fəaliyyətiniz və rəhbərliyinizə görə minnətdardır ”, -deyə məlumatda qeyd olunub.

“Usa Today” qəzeti xəbər verir ki, Klensi təşkilatın əməkdaşlarına göndərdiyi ismarışda bildirib ki, Donald Tramp administrasiyası da onun fəaliyyətindən razı qalıb, lakin bu istefa şəxsi səbəblərlə bağlıdır.