ABŞ-ın Kaliforniya ştatında sərnişin avtobusunun iştirakı ilə ağır qəza baş verib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “ABC” kanalı məlumat yayıb.
Hadisə San-Bernardino dairəsində qeydə alınıb. Avtobus və iki minik avtomibilinin toqquşması nəticəsində 1 nəfər ölüb, 21 nəfər isə yaralanıb.
Polis qəzanın baş vermə səbəbini araşdırır.