ABŞ bombardmançıları İŞİD-in düşərgələrinə aviazərbə yetirdi

abs-bombardmancilari-isid-in-dusergelerine-aviazerbe-yetirdi
Oxunma sayı: 635

ABŞ Hərbi-Hava Qüvvələrinə məxsus bombardmançılar Liviyanın Aralıq dənizi sahillərində Sirt şəhərindən 28 km məsafədə yerləşən İŞİD terror təşkilatının iki düşərgəsinə aviazərbə yetirib.

Qafqazinfo”nun “CNN”ə istinadən xəbərinə görə, hücum “B-2 tipli ağır strateji bombardmançılar vasitəsilə həyat keçirilib.

Qeyd olunur ki, ilk növbədə terrorçulara məxsus 4 düşərgənin məhvi nəzərdə tutulsa da, İŞİD-çilər onlardan 2-ni öncədən tərk ediblər.

Əməliyyata həmçinin, ABŞ Hərbi-Hava Qüvvələrinə məxsus gəmilər də cəlb olunsa da, onlar daha sonradan lazım olmayıb.

İŞİD-ə qarşı əməliyyat bir neçə gün öncə ABŞ-ın hazırki prezidenti Barak Obama tərəfindən təsdiq olunub.