ABŞ BMT-nin İnsan Hüquqları Şurasından çıxa bilər

abs-bmt-nin-insan-huquqlari-surasindan-cixa-biler
Oxunma sayı: 773

ABŞ prezidenti Donald Trampın administrasiyası BMT-nin İnsan Hüquqları Şurasından çıxmaq imkanlarını nəzərdən keçirir.

"Qafqazinfo" “Report”a istinadən xəbər verir ki, xəbər verir ki, bu barədə ABŞ-ın keçmiş və indiki rəsmi şəxsləri ilə əlaqədə olan mənbələrə istinadən “Politico” nəşri məlumat yayıb.

Yekun qərarın qəbul olunmasında dövlət katibi Reks Tillerson, ABŞ-ın BMT yanında daimi nümayəndəsi Nikki Heyli və prezidentin özünün iştirakı gözlənilir.

Tramp administrasiyasının Şuraya olan iradları arasında anti-İsrail siyasəti, ümumi təhlükəsizlik və üzvlərin şübhəli tərkibi (Məsələn, Çin və Səudiyyə Ərəbistanı) var.