ABŞ 4 İran gəmisinə atəş açıb

abs-4-iran-gemisine-ates-acib
Oxunma sayı: 1361

ABŞ İran donanmasına aid 4 gəmiyə atəş açıb.

Qafqazinfo” xəbər verir ki, bu barədə Reuters agentliyi adları açıqlanmayan ABŞ-lı rəsmilərə istinadən məlumat yayıb.

Belə ki, ABŞ donanmasına aid döyüş gəmisi İran donanması ilə radio-əlaqə yaradıb, lakin qarşılıq verilmədikdə havaya xəbərdarlıq fişəngi atılıb. İran gəmiləri istiqaməti dəyişmədikdə isə ABŞ bu ölkəyə aid donanmaya 3 dəfə xəbərdarlıq atəşi açıb.

İnsident Hörmüz boğazında baş verib, lakin səbəbi bilinmir.