84 mühacir itkin düşdü - Gəmi batdı

84-muhacir-itkin-dusdu
Oxunma sayı: 1027

Qaçqınları daşıyan gəminin Liviya sahillərində qəzaya uğraması nəticəsində ən azı 84 mühacir itkin düşüb.

"Qafqazinfo" AzərTac-a istinadən xəbər verir ki, bu barədə Miqrasiya üzrə Beynəlxalq Təşkilatın nümayəndəsi Flavio Di Cakomo bildirib.

Aprelin 30-da baş verən hadisə nəticəsində 26 sərnişin xilas edilib.

Miqrasiya üzrə Beynəlxalq Təşkilatın məlumatına əsasən aprelin sonuna qədər dəniz yolu ilə Avropaya gələn qaçqın və mühacirlərin sayı 180 min nəfəri keçib. Avropa sahillərinə çatmağa cəhd edən 1232 nəfər isə dənizdə ya həlak olub, ya da ki, itkin düşüb.