74 polis həbs olundu - Türkiyədə

74-polis-hebs-olundu
Oxunma sayı: 980

Ankarada keçirilən əməliyyat nəticəsində Fətullah Gülən hərəkatı ilə əlaqədə ittiham olunan 74 polis saxlanılıb.

Qafqazinfo”nun xəbərinə görə, Trend bu barədə Türkiyənin "Habertürk" qəzetinə istinadən məlumat verir.

Saxlanılanlar arasında Ankara polisinin sabiq rəisləri, eləcə də adları hələ ki açıqlanmayan digər yüksək vəzifəli şəxslər var.

Daha öncə Türkiyənin daxili işlər naziri Əfqan Ala bildirmişdi ki, hərbi çevrilişə cəhdlə bağlı ümumilikdə saxlanılanların sayı 18 minə yaxın olub, bunlardan 9677 nəfər həbs edilib.

Qeyd edək ki, Türkiyədə iyulun 15-dən 16-na keçən gecə dövlət çevrilişinə cəhd edilib. Hadisədə 246 nəfər ölüb, 2000-dən çox insan xəsarət alıb.