70 yaşlı türkiyəli yazar həbs olundu

70-yasli-turkiyeli-yazar-hebs-olundu
Oxunma sayı: 1586

Türkiyədə “Özgür Gündem” qəzetinin Məşvərət Şurasının üzvü, dilçi-yazar Necmiye Alpay saxlanılıb.

Qafqazinfo”nun “Hurriyet”ə istinadən verdiyi məlumata görə, 70 yaşlı yazar “Silahlı terror təşkilatına üzv olmaq” və “Dövlətin birliyini və ölkənin bütövlüyünü pozmaq” kimi cinayət əməllərinədə təqsirli bilinir.

Qeyd edək ki, qəzetin fəaliyyətinə PKK terror təşkilatının təbliğatını apardığı iddiası ilə xitam verilib.