400-dən çox balina sahilə atılıb - Video

400-den-cox-balina-sahile-atilib
Oxunma sayı: 2866

Yeni Zelandiyanın Cənub adası sahillərinə 400-dən çox balina çıxıb.

 “Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə "The New Zealand Herald" məlumat yayıb.

Balinaların çoxu ölüb. Ancaq xilasedicilər və yerli sakinlər səyi nəticəsində təqribən 100 balinanı dənizə qaytarmaq mümkün olub.

Bu Yeni Zelandiyada indiyə qədər qeydə alınan ən kütləvi balina ölümü hadisəsidir.

Yeni Zelandiya delfin və balinaların tez-tez özünü sahilə atığı yerlərdən biridir. Alimlər hələki bunun dəqiq səbəbini tapa bilməyiblər.