35 türk diplomat Almaniyadan sığınacaq istəyir

35-turk-diplomat-almaniyadan-siginacaq-isteyir
Oxunma sayı: 1278

Türkiyədə iyulun 15-i baş verən dövlət çevrilişi cəhdindən sonra diplomatik pasportu olan 35 türk vətəndaşı Almaniyadan sığınacaq istəyib.

Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Almaniyanın Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi Yohannes Dimrot məlumat verib. Onun sözlərinə görə, həmin 35 nəfərə diplomatlar və onların ailə üzvləri daxildir.

Qeyd edək ki, oktyabrın 7-də açıqlanan rəqəmlərə görə, Türkiyədəki çevriliş cəhdindən sonra 3 diplomat Almaniyadan sığınacaq istəyib.