300 min insan miqrantlara dəstək üçün küçəyə çıxdı - Fotolar

300-min-insan-miqrantlara-destek-ucun-kuceye-cixdi
Oxunma sayı: 1458

İspaniyanın Barselona şəhərində Avropa ölkələrinin miqrantları qəbul etməsinə dəstək vermək üçün böyük aksiya keçirilib.

Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, aksiyanı “Casa nostra, casa vostra” (Bizim ev, sizin ev) hərəkatı başladıb.

Şəhər qvardiyasının sözlərinə görə, askiyada 160 min insan iştirak edib. Təşkilatçılar isə bu rəqəmin 300 min olduğunu və Avropada ən böyük dəstək aksiyası olduğunu bildiriblər.

Mitinq "Qəbul etmək istəyirik" sloqanı ilə keçirilib. Şuarlar dənizi simvolizə edən göy rəngli plakatlarda yazılıb.

Aksiyada Barselona meri Ada Kolau və kataloniya parlamentinin spikeri Karme Forkadeldə iştirak edib.