30 nəfərlik qayığa 50 nəfər mindi - 26 -sı öldü

30-neferlik-qayiga-50-nefer-mindi
Oxunma sayı: 941

Hindistanda Qanq çayında qayığın çevrilməsi nəticəsində 26 nəfər həlak olub.

"Qafqazinfo" xarici KİV-ə istinadən xəbər verir ki, hadisə şənbə günü Patna şəhəri yaxınlığında baş verib. Xilasedicilər gecə 22 nəfərin cəsədini, səhər isə daha 4 cəsədi tapıblar.

Bildirilir ki, 30 nəfər üçün nəzərdə tutulan qayıqda 50 nəfər olub. Çaya düşənlərdən 10-12 nəfəri isə üzərək xilas ola bilib.