250 min neftçi işsiz qalacaq

250-min-neftci-issiz-qalacaq
Oxunma sayı: 2750

Neftin qiymətlərinin aşağı olması səbəbindən dünya üzrə 250 min neftçi işsiz qala bilər.

“Qafqazinfo”nun Trend-ə istinadən məlumatına görə, bu barədə Venesuelanın PDVSA şirkətinin strategiya üzrə direktoru Serhio Antonio Tovar bəyan edib.

Onun sözlərinə görə, aşağı qiymətlər sahəyə əsaslı qoyuluşların azalmasına və işçilərin ixtisarına gətirib çıxarır: "Neft sahəsində çalışan 250 min və ya daha çox insan işini itirəcək".

S.Tovar hesab edir ki, neftin aşağı qiymətlər dövrü çox davam etməyəcək və qara qızıla tələb-təklif balansının bərpasından sonra başa çatacaq.