250-dən çox insanın kəllə sümüyü tapılıb - Meksikada

250-den-cox-insanin-kelle-sumuyu-tapilib
Oxunma sayı: 1175

Meksikanın Verakrus ştatında yerləşən gizli məzarlıqda 250-dən çox insanın kəllə sümüyü aşkar edilib.

Qafqazinfo” “Report”a istinadən xəbər verir ki, bu barədə bölgənin prokuroru Xorxe Vinkler məlumat verib. Onun sözlərinə görə, bütün qalıqlar cinayətkar qruplaşmaların qurbanlarına məxsusdur.

 "Onlar insanları xüsusi olaraq qazılmış qəbirlərə atıblar. Verakrus şəhəri ilə yanaşı yerləşən Kolinas-de-Santa-Fe rayonunda cəmi 30 faizi tədqiq edilmiş ərazidə indiyədək 250-dən çox insanın kəllə sümüyü aşkar olunub və mən orada daha nə qədər insanın basdırıldığını təsəvvürümə gətirə bilmirəm", - deyə prokuror "Televisa" telekanalına bildirib.