25 il sonra bu ölkənin səfirliyi açıldı - İraqda

25-il-sonra-bu-olkenin-sefirliyi-acildi
Oxunma sayı: 2613

İraqda 25 ildən sonra Səudiyyə Ərəbistanının səfirliyi açılıb.

“Qafqazinfo” Azərtac-a istinadla xəbər verir ki, açılış mərasimində İraqın bir sıra rəsmi şəxsləri iştirak ediblər.

Məlumatda bildirilir ki, artıq səfir Tamer əs-Sabhan səlahiyyətlərinin icrasına başlayıb.

Xatırladaq ki, Səudiyyə Ərəbistanı Bağdadda diplomatik nümayəndəliyini 1990-cı ildə, İraqın Küveytə hücumundan sonra bağlamışdı.