2 uşaq ölüb, 11 nəfər xilas edilib - Qar uçqunu

2-usaq-olub-11-nefer-xilas-edilib
Oxunma sayı: 1971

Ötən gecə Qırğızıstanın Oş vilayətinin Jaş-Tilek kəndində bir neçə ev qar uçqununun altında qalıb, 2 uşaq ölüb, 11 nəfər xilas edilib.

"Qafqazinfo" AzərTac-a istinadən xəbər verir ki, bu barədə Qırğızıstanın Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Məlumatda deyilir ki, son günlər yağan güclü qar dağlıq rayonlarında həyatı iflic edib. Bəzi yerlərdə qarın hündürlüyü iki metrə çatır. Bəzi evlərin damı qarın ağırlığına tab gətirməyərək uçub.

Nazirliyin əməkdaşları hadisənin fəsadlarını aradan qaldırmaq üçün tədbirlər görür.