19 illik fasilədən sonra siyahıyaalma

19-illik-fasileden-sonra-siyahiyaalma
Oxunma sayı: 1359

Pakistanda 19 illik fasilədən sonra siyahıyaalma olacaq.

Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, bu haqda ölkənin informasiya naziri Məryəm Auranqzeb açıqlama verib. Nazirin sözlərinə görə, martın 15-də start götürəcək sayım mayın 15-də yekunlaşacaq. Bundan başqa, Auranqzeb xalqı sayım prosesini həyata keçirən nümayəndələrlə əməkdaşlıq etməyə çağırıb və qeyd edib ki, səhv məlumat verən şəxslər cəzalandırılacaq.

Pakistan ordusunun sözçüsü Asif Qafur da məsələ barədə danışıb. O, siyahıyaalma prosesinə təxminən 200 min əsgərin kömək edəcəyini bildirib.

Qeyd edək ki, 1998-ci ildə edilən son siyahıyaalmada ölkə əhalisinin təxminən 180 milyon olduğu müəyyən edilmişdi. Hazırda əhalinin 200 milyonu keçdiyi təxmin edilir.

Aysel Kərimova