15 min insan şəhəri tərk etdi - Yanğına görə

15-min-insan-seheri-terk-etdi
Oxunma sayı: 1574

Ukrayna bu səhəri dəhşətli yanğınla açıb.

Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Ukraynanın  Xarkov bölgəsinin Balakleya şəhərində yerləşən hərbi anbarda böyük bir yanğın baş verib. 15 minə yaxın insan şəhərdən təxliyyə edilib. Silahlardan partlayan səslər yüksəlməkdə davam edir. Yaxınlıqda yerləşən evlərin pəncərələrinin şüşələri qırılıb.

Yüzlərlə maşın şəhərdən çıxmağa çalışdığı üçün yollarda böyük tıxac yaranıb.