“15 iyul” baş tutsaydı, Ərdoğanın yerinə keçəcəkdi - FETÖ-nün şok planı

15-iyul-bas-tutsaydi-erdoganin-yerine-kececekdi
Oxunma sayı: 3948

Türkiyə prezidentinin baş sözçüsü 15 iyul çevrilişi ilə bağlı yeni fakt açıqlayıb.

Qafqazinfo” xəbər verir ki, Yalçın Topçunun sözlərinə görə, əgər həmin gecə çevriliş cəhdi baş tutsaydı Milli qvardiyanın Alay Komandiri Muhsin Kutsi Barış Ərdoğanın kreslosunda oturub foto çəkdirəcəkdi.

Xatırladaq ki, çevriliş planını həyata keçirməkdə şübhəli bilinərək ifadəsi alınan qərargah polkovniki Muhsin Kutsi Barış FETÖ ilə əlaqəsinin olmadığını və aldadıldığını bildirmişdi:

“Fətulla Güləni mətbuatdan tanıyıram. Şəxsən görüşməmişəm. Mənə görə Gülən özünü “hoca” deyərək təqdim edən, ölkəyə zərər vuran təşkilatın rəhbəridir. Mən namaz qılmıram, arada oruc tuturam”.