14 min insan təxliyyə olunur

14-min-insan-texliyye-olunur
Oxunma sayı: 846

ABŞ-ın Kaliforniya ştatının San Xose şəhərinin sakinləri təxiyyə olunur.

Qafqazinfo” xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

San Xose şəhərindən təxminən 14 min sakin təxliyyə olunacaq. Buna Koyot-Krik çayının daşması, şəhərin bir neçə rayonunun suyun altında qalası səbəb olub.

“Su basmış rayonların sakinlərinə evlərinə qayıtmağa icazə verilməyəcək. Biz hələki ziyanın öhdəsindən gələ bilməmişik”,-deyə San-Xose şəhərinin meri bildirib.

Sinoptiklərin məlumatına görə, şəhərdə yağışlar hələ davam edəcək.