110 miqrantın olduğu gəmi batıb

110-miqrantin-oldugu-gemi-batib
Oxunma sayı: 761

Liviya sularında 110 miqrantın olduğu gəmi batıb.

Qafqazinfo” xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb.

Gəmidə olanlardan yalnız 4 nəfər xilas ola bilib. Xilasedicilər indiyədək 8 nəfərin cəsədini çıxara biliblər. Axtarışlara pis hava şəraiti mane olur.

Beynəlxalq miqrasiya təşkilatının nümayəndəsinin sözlərinə görə, hadisənin detalları xilas edilən miqrantların dindirilməsindən sonra məlum olacaq.