Qız toy ərəfəsində polis serjantı ilə qaçdı- - Film kimi olay+Video

qiz-toy-erefesinde-polis-serjanti-ile-qacdi-
Oxunma sayı: 5118


“Qafqazinfo”nun Ans TV-yə istinadən məlumatına görə, 24 yaşlı polis serjantı Röyal Şıxveyisovla 19 yaşlı həmkəndlisi Ayişə Poladovanın sevgisi uşaqlıqdan başlayıbmış. Amma qızın valideynləri onu Röyala yox, Rusiyada yaşayan xalası oğluna ərə verməyə hazırlaşırlarmış.

Qız toyu olan, cehizləri ər evinə yola salınan Ayişə isə oğlan toyuna bir neçə gün qalmış valideynlərin qərarının əksinə çıxaraq öz sevgilisi Röyalla qaçmaq qərarına gəlib.

Ayişənin anası qızının bu addımından narazı görünsə də, sonda ona yalnız xoşbəxtlik arzulayır.

Qızın anası Alidə Zəkiyeva deyir ki, Ayişə onu istəyib gedib, öz həyatıdır.

Ayişənin anasından fərqli olaraq Röyalın anası Sevda Şıxveyisova gənclərin qərarından məmnun görünür. Artıq valideynləri onlara toy da edib və gənclərin nikahı rəsmiləşdirilib.

“Gözüm üstə yeri var, hazırda onlar xoşbəxtdir. Qız sevdiyi üçün oğluma qoşulub qaçıb. Təbii ki, qız sevməsəydi qaçmazdı”.

Qaldı ki, Ayişənin tərk edib gəldiyi xalası oğluna, onun üçün də bu hadisə yaxşı sonluqla bitib. Belə ki, onun da öz sevdiyi var imiş, artıq həmin xanımla evlənib.

Valideyn müdaxiləsinin nəticəsini gənclər son anda olsa, belə xoşbəxt məcraya dəyişə biliblər.

“Qafqazinfo”