Müflis olan bankın baş direktoru istefa verdi -

muflis-olan-bankin-bas-direktoru-istefa-verdi-
Oxunma sayı: 3397


Qeyd edək ki, K. Axundov 17 iyun 1981-ci ildə Bakı şəhərində anadan olub. 2002-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetində İqtisadiyyatın hüquqi tənzimlənməsi fakültəsini bakalavr, 2004-cü ildə isə magistr dərəcəsi üzrə bitirib.

 2004-2005-ci illərdə “Avropa LTD” şirkətində mühasib vəzifəsində çalışdıqdan sonra, 2005-2012-ci illər ərzində Azərbaycan Beynəlxalq Bankında xidmət bölməsinin mütəxəssisi vəzifəsindən Pərakəndə biznes departamenti, “ABB-Premyer” Müştəri xidmətlərində rəhbər müavini vəzifəsinədək yüksəlib. 2012-ci ilin iyun ayından “Bank Technique” ASC-də çalışıb.

Qeyd edək ki, "Bank Technique" Açıq Səhmdar Cəmiyyəti (ASC) ciddi maliyyə problemləri ilə üzləşməsi səbəbindən müflis olmaq təhlükəsi qarşısındadır. Hazırda bankda bütün əməliyyatlar dayandırılıb, kartlar bloklanıb, əhalinin depozitləri isə qaytarılmır. Həmçinin, Dövlət İpoteka Fondunun bu banka ayırdığı vəsaitin idarə olunması alınaraq "Caspian Development" bankına həvalə olunub. 

“Qafqazinfo”