Bakıda görünməmiş hadisə- - “Ştrafnoy”a taksi ilə+Foto

bakida-gorunmemis-hadise-
Oxunma sayı: 3827


“Qafqazinfo” xəbər verir ki, sakinlərdən birinin məsələ ilə bağlı çəkdiyi şəkil sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Belə ki, həmin şəxs polisin motosikleti cərimə meydançasına taksi ilə aparmağa cəhd etdiyini iddia edib.

Məlumata görə, hadisə bu gün baş verib. Yol polisi motosikleti saxlayıb və gənc oğlanla qızı düşürüb. İnsidenti vətəndaşın nəql etdiyi formada təqdim edirik:

“Elə oldu ki, yol polisi işçisi motosikletlə hərəkət edən qız-oğlan cütlüyünü saxlayır. Sənədləri yoxlayan zamanı mübahisə düşüb, yol polis işçisi qışqıraraq “gör indi sənin başıva nə açıram”- deyib, yoldan keçən “badımcan” taksini saxlayır, qapını açıb motosikleti götürüb zorla içinə yerləşdirir.

Bu an taksi sürücüsü narazılığını bildirki ki bəs “ay kişi sən nə edirsən, bu adam daşımaq üçün taksidi, evakuator deyil!...” 

Polis cavab qaytarır ki "Kəs səsini, mənə ağıl öyrətmə, bu gün də evakuator kimi işləyərsən heç nə olmaz, davay sür bölməyə"... Motosikletdən düşürülən qız-oğlan və ətrafdakılar sakitcə kənarda durub polisin bu biabırçılığına gülərək tamaşa edirdilər”.

“Qafqazinfo”