Azərbaycanda güclü zəlzələ oldu- - 7 bal+Yenilənib

azerbaycanda-guclu-zelzele-oldu-
Oxunma sayı: 6522


Bu barədə “Qafqazinfo”ya bölgələrdən məlumat verilib. Məlumatlarda zəlzələnin güclü olduğu və dağıntılara səbəb olduğu bildirilir. 

***

Respublika Seysmoloji Xidmət Mərkəzindən "Qafqazinfo"ya verilən məlumata görə, bu gün yerli vaxtla saat 09:49:36-da Şəki ərazisində zəlzələ qeydə alınıb. Zəlzələ episentrdə 6 bal, yaxın yaşayış məntəqələrində 4 bala qədər hiss olunub. İsmayıllı, Mingəçevir və Mərkəzi Aran zonalarınd da zəlzələ hiss olunub.

***

Respublika Seysmoloji Xidmət Mərkəzi zəlzələ ilə bağlı daha bir məlumat yayıb. Məlumatda bildirilir ki, Zəlzələ episentrdə 7 bal, ətraf rayonlarda 6-5 bala qədər hiss olunub.

***

Füzuli rayonunun Qayıdış qəsəbəsinin sakinləri "Qafqazinfo"ya bildiriblər ki, qəsəbədə yerləşən inzibati binaların əksəriyyəti zərər görüb, tikililərdə iri çatlar əmələ gəlib.

“Qafqazinfo”