Azərbaycan saytlarının reytinqi açıqlandı - Siyahı

azerbaycan-saytlarinin-reytinqi-aciqlandi-siyahi
Oxunma sayı: 15124

Məşhur “Alexa.com” reytinq saytı Azərbaycandan izlənilən ən populyar saytların adını açıqlayıb.

“Qafqazinfo”nun ANN.Az-a istinadən məlumatına görə, ilk 50-likdə daha çox əcnəbi saytlar yer alıb. Belə ki, azərbaycanlıların ən çox izlədiyi saytların ilk beşliyində “Facebook”, “Youtube”, “Google.az” , “Google.com” və “Mail.Ru” yer alır.

İlk 50-liyə Azərbaycanın cəmi 23 saytı düşüb. Ən maraqlısı odur ki, bu 23 saytın da əksəriyyəti (15) xəbər resurslarıdır. ABŞ Dövlət Departamentinin maliyyələşdirdiyi Azadlıq Radiosunun azərbaycandilli versiyasını da bura əlavə etsək, xəbər resurslarının sayı 16-ya çatacaq.

Digər 8 saytdan üçü əyləncə portalı, ikisi alqı-satqı saytı, ikisi xidmət saytı, digəri isə mobil opertorlardan birinin rəsmi saytıdır.

Qeyd edək ki, xəbər resurslarının reytinqində yer alan saytlardan ikisi rus dillidir: Day.az və 1news.az. Biri qəzet saytıdır: Musavat.com

Xəbər agentliklərindən yalnız ikisi bu siyahıya düşüb: Apa.az və Trend.az.

Disput.az forumu və Navigator.az portalı isə müstəqil xəbər resursu rolunu oynamır.

Bu halda sırf xəbər portallarının reytinqi aşağıdakı kimidir:

Azərbaycan xəbər saytları:
Salamnews.org
qafqazinfo.az
Anspress.com
Lent.az
Deyerler.org
Milli.Az
ANN.Az
Publika.az

Alexa.com-un reytinqi: İlk 50-lik
1. Facebook.com
2. YouTube.com
3. Google.az
4. Google.com
5. Mail.Ru
6. Оdnoklassniki.ru
7. Wikipedia.com
8. Salamnews.org
9. Google
10. Twitter
11.Day.Az
12. Trend.az
13. Yandex.ru
14. Blogspot.com
15. Musavat.com
16. Yahoo!
17. qafqazinfo.az
18. Baku 3D
19. anspress.com
20. vk.com (В Контакте)
21. Lent.az
22. APA (apa.az)
23. Live.com
24. Disput.Az
25. Ggoogle.com.tr
26. 1news.az
27. Deyerler.org
28. resto.az
29. Milli.Az
30. Turbo.Az
31. Milliyet.com.tr
32. t.co
33. moskva3d.ru
34. tophotels.az
35. big.az
36. vip.az
37. googleusercontent.com
38. Linkedin.com
39. WordPress.com
40. Navigator.az
41. ANN.Az
42. Azadliq.org
43. eBay.com
44. xhamster.com
45. Azercell.com
46. Publika.az
47. Endirimler.az
48. Rambler.ru
49. Mix.az
50. Babylon.com

Qeyd edək ki, “Alexa” saytların reytinqini tərtib edərkən, yalnız izləyici sayını deyil, digər nüfuzlu saytların ona istinadını, məlumatlarını paylaşmasını və s. bu kimi amillləri də nəzərə alır.
Ona görə də Azərbaycanda 100-dən artıq xəbər resursu fəaliyyət göstərsə də, onların çox az qismi “Alexa”nın tərtib etdiyi siyahıya düşüb.