Anar Heybətov və ailəsi – Fotosessiya

anar-heybetov-ve-ailesi-fotosessiya-
Oxunma sayı: 10674

“Qafqazinfo”nun məlumatına görə, Anar Heybətov 25 sentyabr 1976-cı ildə Bakıda Mithət bəy və Almaz xanımın ailəsində dünyaya gəlib. 1983-cü ildə Bülbül adına orta ixtisas musiqi məktəbinin 1-ci sinfinə gedib. 1994-cü ildə xalq çalğı alətləri şöbəsinin tar sinfini bitirib. 1995-1999-cu illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dram və kino aktyorluğu fakültəsində təhsil alıb. Tələbəlik illərində müxtəlif televiziya verilişlərində iştirak edib. Azər Paşa Nemətovun kursunu bitirib və onun dəvəti ilə Akademik Milli Dram Teatrına gəlib. 2001-ci ildən Akademik Milli Dram Teatrında müxtəlif səpgili rollar oynayıb. Səhnədə ilk rolu “Mənim Ərim Dəlidir” tamaşasındakı “Cangüdən” olub. Hazırda “Pərvanələrin rəqsi” serialında çəkilir.

Ailədə iki uşaq olan aktyorun özündən bir yaş böyük bacısı var. Anası Almaz xanımı düz bir il öncə, iyulun 4-də itirib.

Anar Heybətov 2004-cü ildə ailə həyatı qurub və beş aylıq Almaz adlı qızı var.

Nigar Məmmədli